Xəzər Xəbər

Rusiyadan Gürcüstana gedən turistlərin sayı kəskin artıb

Dünya | 12:49 • 23 İyul 2019
Rusiyadan Gürcüstana gedən turistlərin sayı kəskin artıb

Bu ilin ikinci rübündə Rusiyadan Gürcüstana gedən turistlərin sayı kəskin artıb.


APA-nın yerli bürosunun Gürcüstan Milli Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin ikinci rübündə Rusiyadan Gürcüstana 552 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə Gürcüstana gələn əcnəbilərin sayına görə Rusiya birinci yeri tutub.


Qeyd edək ki, cari ilin aprel-iyun ayları ərzində Gürcüstana gələn xarici ziyarətçilərin sayı 88,7% faiz artaraq 2 245 152 nəfər təşkil edib.

Xəbər lenti