Xəzər Xəbər

Ubinas vulkanının püskürməsi ilə əlaqədar 1000-dən çox sakin təxliyə edilib

Dünya | 14:08 • 20 İyul 2019
Ubinas vulkanının püskürməsi ilə əlaqədar 1000-dən çox sakin təxliyə edilib

Perunun Mokequa regionundakı Ubinas vulkanı püskürüb.


Xezerxeber.az xəbər verir ki, vulkandan çıxan kül buludu çox böyük əraziyə yayılıb. Təhlükə ilə əlaqədar olaraq yaxın ərazidə uçuşlar qadağan edilib. 25 kilometr radiusda yerləşən məktəblərdə dərslər dayandırılıb. Vulkana yaxın ərazidə yaşayan 1000-dən çox sakin təxliyə edilib.


Peru Geofizika Qurumunun məlumatına görə, vulkanın kraterində növbəti partlayışların başvermə ehtimalı böyükdür. Seysmik zonada yerləşən regionda 10-dan çox aktiv vulkan mövcuddur. Burada dağ-mədən işlərinin sürətləndirilməsi vulkanların da fəallığını artırır.

Xəbər lenti