Xəzər Xəbər

Ceff Bezos: Kosmik turizm erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq

Dünya | 21:16 • 17 İyul 2019
Ceff Bezos: Kosmik turizm erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq

Dünyanın ən varlı adamlarından biri və kosmik turizm sahəsində layihələr həyata keçirən milyarder Ceff Bezos kosmik turizmin inkişafının insanlara Yer planetini kənardan seyr etməyə və onun qorunması üzrə məsuliyyəti artırmağa kömək edəcəyi qənaətindədir. 


Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, "Amazon” və kosmik proqramlar həyata keçirən "Blue origin” şirkətlərinin sahibi bu fikirləri CBS televiziyasına müsahibəsində səsləndirib.


Bezos bildirib ki, kosmik turizmin həyata keçirilməsi erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq. "Sizin Yerin atmosferinin ən ucqar təbəqəsini görmək imkanınız olacaq və onda planetimizin nə dərəcədə müdafiəsiz olduğunu anlaya biləcəksiniz. Heç olmasa bir dəfə kosmosa uçan adamlar yaxşı bilirlər ki, onların düşüncə tərzində necə dəyişiklik baş verib. Bu insanlar planetimizin necə ecazkar, eni zamanda kiçik və kövrək olduğunu dərk ediblər. Bu, Yer kürəsində - kosmosdan aşağıda yaşayanların anlaya bilməyəcəkləri hisslərdir”, deyə milyarder əlavə edib.


"Blue Origin” şirkəti yanvarda kosmik turizm üçün nəzərdə tutulan New Shepard pilotsuz suborbital kosmik gəmisinin onuncu sınağını keçirib. Bu aparat NASA-nın ilk astronavtı Alan Şepardın şərəfinə adlandırılıb.

Xəbər lenti