Xəzər Xəbər

Telefon danışığı tanışlıq xarakteri daşıyırdı - Kremldən açıqlama

Dünya | 14:16 • 12 İyul 2019
Telefon danışığı tanışlıq xarakteri daşıyırdı -

"Vladimir Putin və Vladimir Zelenski arasında olan telefon danışığı praqmatik idi".


Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


"Bu iki prezident arasında baş tutan ilk söhbət idi və tanışılıq xarakteri daşıyırdı”, - deyə Peskov bildirib.


Qeyd edək ki, iyulun 11-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ilk dəfə telefon danışığı olub. Telefon bağlantısı barədə təşəbbüs Ukrayna tərəfindən gəlib.

Xəbər lenti