Xəzər Xəbər

İtaliyada yuxarı sinif şagirdlərinin yalnız 35 faizi ingilis dili üzrə dinləmə test imtahanını verə bilib

Dünya | 13:57 • 12 İyul 2019
İtaliyada yuxarı sinif şagirdlərinin yalnız 35 faizi ingilis dili üzrə dinləmə test imtahanını verə bilib

İtaliyanın Deputatlar Palatasının yayımladığı "INVALSI 2019"un rəqəmlərinə əsasən, ölkədə orta məktəblərində son tədris ili ingilis dili üzrə oxu test imtahanlarında şagirdlərin 51,8 faizi oxu bacarığına (reading) sahib olma səviyyəsi B2 səviyyəsinə çatıb.


AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, ölkədə 13 illik təhsildən sonra şagirdlərin təxminən 10 faizinin oxu səviyyəsi B1 səviyyəsində olub.


İtaliya məktəblərində ingilis dili üzrə dinləmə test imtahanında şagirdlərin yalnız 35 faizi B2 səviyyəsinə çata bildiyi halda, 25,2 faiz B1 səviyyəsinə belə çata bilməyib.


"INVALSI 2019" testləri orta məktəblərdə 1 milyondan çox şagird və orta məktəbin son sinfinin 475 min şagirdi tərəfindən yerinə yetirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti