Xəzər Xəbər

Rusiya ordusunun indi də "S-500"ü olacaq

Dünya | 16:38 • 26 İyun 2019
Rusiya ordusunun indi də "S-500"ü olacaq

Uğurlu ilkin sınaqlar qoşunların bu zenit-raket sistemi ilə təchizini tezləşdirməyə imkan verib

"S-500" hava hücumundan müdafiə sistemləri yaxın illərdə Rusiya silahlı qüvvələrinə veriləcək. Bu haqda Rusiya baş nazirinin müavini Yuriy Borisov deyib.

Onun sözlərinə görə, uğurlu ilkin sınaqlar qoşunların bu zenit-raket sistemi ilə təchizini tezləşdirməyə imkan verib: "Nəticədə "S-500" komplekslərinin raket alaylarına çatdırılması artıq yaxın illərdə başlayacaq".

Borisov deyib ki, hazırda "S-500" sisteminin müxtəlif elementlərinin mərhələli sınaqları keçirilir və sınaqlarda dünyada analoqu olmayan raketlərdən istifadə olunur.

Xəbər lenti