Xəzər Xəbər

Kritik görüşə günlər qaldı Tramp, Ərdoğan və Putin bir araya gəlirlər

Dünya | 15:58 • 25 İyun 2019
Kritik görüşə günlər qaldı

"G-20" sammiti 28-29 iyun aylarında Yaponiyanın Osaka şəhərində baş tutacaq

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Yaponiyada görüşəcəklər.Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, liderlərin görüşü Osaka şəhərində "G-20" zirvəsi çərçivəsində baş tutacaq.

Ağ Evdə olan mənbə qeyd edib ki, Tramp "G-20" çərçivəsində 8 ölkə lideri ilə görüşəcək.

Vaşinqtondan olan rəsmi bildirib ki, Trampın Ərdoğanla yanaşı, Çin rəhbəri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Yaponiya Baş Naziri Sindzo Abe, Hindistan Baş Naziri Narendra Modi, Almaniya Kansleri Angela Merkel və Avstraliya Baş Naziri Skott Morrisonla da təkbətək görüşlər keçirəcəyi gözlənilir.

Ərdoğan və Trampın görüşündə başda "S-400" məsələsi olmaqla iki ölkə arasında münasibətlərə dair müzakirələrin aparılacağı gözlənilir.

Xatırladaq ki, "G-20" sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində baş tutacaq.

Xəbər lenti