Xəzər Xəbər

Tankerləri İran partladıb ABŞ faktları ƏLƏ KEÇİRDİ

Dünya | 18:07 • 19 İyun 2019
Tankerləri İran partladıb

ABŞ ordusu ötən həftə Oman körfəzində neft tankerlərinə qarşı təşkil edilən hücumun arxasında İranın olduğu və iddiaya dair dəlillərin tapıldığını açıqlayıb.

ABŞ Hərbi-Dəniz Qüvvələri Mərkəzi Komandanlığının başçısı Sin Kido bölgədəki müttəfiqləri ilə birgə araşdırma apardıqlarını və sübutlar əldə etdiklərini bildirib.

"Kukuka Courageous” adlı tanker hədəf alan hücum "limpet” minası ilə gerçəkləşdirilib. Hücum nəticəsində tankerə dəyən zərər bunun hava vasitəsilə edilmədiyini göstərir. Minalar İran ordusunun hərbi paradlarda nümayiş etdirdiyi minalara bənzəyir. Minalar suyun altına yerləşdirilib”, – komandir deyib.

Qeyd edək ki, ABŞ ordusu daha əvvəl hadisənin görüntülərini yayımlamışdı. Tankerlərə hücumu İran İnqilab Keşikçilərinin həyata keçirdiyini iddia etmiş, ötən gün isə hadisənin başqa görüntülərini mediaya təqdim etmişdi./publika.az

Xəbər lenti