Xəzər Xəbər

İsveçrədə on minlərlə qadın etiraz aksiyası keçirir

Dünya | 11:06 • 15 İyun 2019
İsveçrədə on minlərlə qadın etiraz aksiyası keçirir

İsveçrədə on minlərlə qadın əməkhaqqının ödənilməsi, məişət zorakılığı, hökumət orqanlarında aşağı təmsil olunduğuna görə nümayiş keçirib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, "Qadın tətili” adlandırılan aksiya Bern, Sürix, Cenevrə, Lozanna, Bazel, Sion, Nevşatel şəhərlərində keçirilib. Əvvəlcə Lozannanın Riponn meydanında yüzlərlə qadının toplaşdığı nümayiş gün ərzində ölkəyə yayılıb.


Rəsmi statistikaya görə, qadınlar hökumətdə 43 faiz, Milli Şurada 32, Katonlar şurasında 15, kantonal orqanlarda 25 faiz, kantonal parlamentdə 25 faiz təmsil olunur.

Xəbər lenti