Fransanın Xarici işlər naziri Jan-İv Le Drian Türkiyəyə rəsmi səfər edəcək.
Nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Ankaraya gedəcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, görüşdə Türkiyə-Fransa əlaqələri, gündəlik regional və beynəlxalq məsələlər, həmçinin, Türkiyənin Avropa İttifaqına üzv olması məsələsi müzakirə olunacaq./publika.az