Xəzər Xəbər

Odessa şəhərindəki islah düşərgəsində kütləvi iğtişaş baş verib

Dünya | 14:50 • 27 May 2019
Odessa şəhərindəki islah düşərgəsində kütləvi iğtişaş baş verib

Ukraynanın Odessa şəhərində yerləşən 51 saylı ümumi rejimli Cənub koloniyasında kütləvi iğtişaş və qaçış halları qeydə alınıb.


Xezerxeber.az xəbər verir ki, hazırda penitensiar müəssisə binası yanır. İlkin məlumata əsasən, iğtişaşlar nəticəsində həlak olanlar və girov götürülənlər var.


Müəssisənin yaxınlığında çox sayda təcili tibbi yardım və polis maşınları cəmlənib. Qaçan məhbusların bir hissəsini yenidən həbs etmək mümkün olub.


Bir qədər sonra nəşr həlak olanlar və girovlar barədə informasiyanı təkzib edib. Həmçinin qaçış hallarının qeydə alınmadığı bildirilir. Milli polis rəisinin birinci müavini Vyaçeslav Abroskinin sözlərinə görə, məhbuslar inzibati binanı tutmağa cəhd göstərib və yanğın törədiblər.

Xəbər lenti