Xəzər Xəbər

Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

Dünya | 15:30 • 24 May 2019
Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

Britaniyanın Kardiff şəhərində kişi qadından 10 il əvvəl oğurlanan pulqabını özünə qaytarıb.

Bu barədə "Daily Mail” yazır.

Belə ki, 2009-cu ildə 18 yaşlı Bekka Milsom soyulub: o, iti ilə gəzdiyi vaxt maşınının şüşəsisındırılıb, avtomobildən pulqabısı götürülüb, hadisənin şahidləri oğrunu tuta bilməyiblər. Qadınoğurlanan pulqabısının nə vaxtsa qaytarılacağına ümid etməyib.

10 il sonra qadının atasının ünvanına bağlama gəlib. Onda oğurlanmış pulqabı və sənədlər olub. Yanında isə Corc adlı birininMilsonun əşyalarını Kardiffdə otluqda tapdığı yazılan qeydolub.Adam zarafatca onun kredit kartlarının artıq, yəqin ki, işləmədiyiniyazıb.

"Bu, mənə dünyada yaxşı insanların olduğunu göstərdi.Pulqabımın qaytarıldığına çox sevindim”, - Milson deyir və Corcu tapıb ona təşəkkür etmək istəyir./oxu.az

Xəbər lenti