Xəzər Xəbər

Assanjın səfirlikdə saxlanılması Ekvadora neçəyə başa gəlib?

Dünya | 15:16 • 22 May 2019
Assanjın səfirlikdə saxlanılması

"WikiLeaks” təsisçisi Culian Assancın Ekvadorun Londondakı səfirlik binasında saxlanılması ölkəyə təxminən 800 min dollara başa gəlib.

TASS-ın məlumatına görə, bu, Ekvadorun Dövlət Nəzarət Komissiyasının hazırladığı ilkin rəydə əksini tapır.

Bundan əvvəl xərclərin altı milyon dollar təşkil etdiyi bildirilirdi.

Xərclərin siyahısına, xüsusilə tibbi xidmətlər, ərzaq, mühafizə, rabitə xərcləri daxildir. Ekvador səfirliyində qaldığı yeddi il ərzində avstraliyalı ictimai fəala 795,372 dollar 71 sent xərclənib. (Oxu.az)

Xəbər lenti