Yapon mütəxəssisləri, Tokiodan 80 kilometr qərbdə yerləşən Hakone ərazisində vulkanın aktivliyini qeyd ediblər.
Püskürmə təhlükəsinin səviyyəsi beş ballıq şkala üzrə birinci şkaladan ikinciyədək artıb.
Gecə orada 45-ə yaxın kiçik vulkanik zəlzələ baş verib.
Hakonenin əsas turistik yerlərindən olan "Ovakudani" vadisindən 1 kilometr radiusunda, dağ yollarında avtomobilin hərəkəti dayandırılıb.