Xəzər Xəbər

Şanxayda bina çöküb, 7 nəfər həlak olub

Dünya | 18:19 • 16 May 2019
Şanxayda bina çöküb, 7 nəfər həlak olub

Çinin şərqində yerləşən Şanxay şəhərində binanın çökməsi nəticəsində az 7 nəfər həlak olub.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.


İnsident gündüz saatlarında Çannin rayonunda "Mercedes-Benz” kompaniyasının təmir işləri aparılan diller mərkəzində baş verib. Ümumi sahəsi 3 min kvadratmetr olan binanın təxminən min kvadratmetri çöküb. Hadisə nəticəsində çox sayda insan dağıntıların altında qalıb.


"Yerli vaxtla saat 18:10-a olan məlumata əsasən xilasedicilər 21 nəfəri dağıntıların altından çıxarıb, həkimlərin səylərinə baxmayaraq, onlardan 7-nin həyatını xilas etmək mümkün olmayıb”, - deyə Şanxay hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.


Dağıntıların altında hələ iki nəfərin qaldığı bildirilir. Xilasetmə işləri davam edir.

Xəbər lenti