Xəzər Xəbər

İrəvanın keçmiş meri həbs oluna bilər

Dünya | 14:23 • 16 May 2019
İrəvanın keçmiş meri həbs oluna bilər

Yerevanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat naziri Qaqik Beqlaryanın adı üç cinayət işində hallanır.


Bura Yerevanın meri olan zaman Şimal-Cənub yolunun tikintisinə ayrılan vəsaitin mənimsənilməsi də daxildir.


"Past” qəzetinin yazdığına əsasən, yaxın zamanda Ermənistan ictimaiyyəti daha bir böyük cinayətin üstünün açılmasının şahidi olacaq.


Qeyd edək ki, cari ilin aprel ayında Beqlaryan Şimal-Cənub avtomobil yolunun tikintisinə sərf edilən xərclərlə bağlı İstintaq Komitəsində ifadə verib.


Serj Sarkisyanın hakimiyyəti zamanı Prezident Administrasiyasının əməkdaşı Aram Kandanyanı döydüyü üçün Beqlaryana qarşı cinayət işi açmaq istəsələr də, sonradan müvafiq qurumlar bunu davam etdirməyiblər.


Keçmiş mer və nazir Ermənistanda qalmaqallı dövlət məmuru sayılıb. Beqlaryanlar ailəsinin qanunsuz yolla milyonlara sahib olduğu barədə məlumatlar yayılıb. Akop Beqlaryan Respublikaçılar Partiyasından deputat olub. O, Şəhərsalma üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.


Qaqik Beqlaryan Ermənistanda "mafioz” kimi də tanınır.


"Report” xatırladır ki, "Qara Qaqo” ləqəbli Beqlaryan 1964-cü il yanvarın 1-də Yerevanda doğulub. 1993-cü ildə Ermənistan parlamentinə deputat seçilib. 2006-cı ildən keçmiş hakim Respublikaçılar Partiyasının üzvüdür. Hazırda bu partiyanın İcraiyyə Komitəsinin rəhbərliyinə daxildir. 2002-2009-cu illərdə Yerevan şəhərində "Kentron” icmasının başçısı olub. 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində işləyib.

Xəbər lenti