Xəzər Xəbər

Qonşu ölkədə rekord sayda abort qeydə alınıb: “Böyük bir nəsil məhv edilib”

Dünya | 12:49 • 16 May 2019
Qonşu ölkədə rekord sayda abort qeydə alınıb:

Keçən il Rusiyada təxminən 1,5 milyon uşaq dünyaya gəlib. Eyni zamanda, abort sayında rekord qeydə alınıb. Ötən bir ildə 567 min uşağın doğulmasına imkan verməyiblər.

Rusiya prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Anna Kuznetsova bu faktı açıqlayıb: "Böyük bir nəsil məhv edilib”.

Uşaq məsələləri üzrə ombudsman başqa problemli məsələyə də toxunub. Rusiyada ölənlərin sayı doğulanlardan çox olur. 2016-cı ildən bu tendensiya artan xətlə davam edir. Keçən il ölənlərin sayı 218 min nəfər çox olub./Bizimyol.info

Xəbər lenti