Xəzər Xəbər

Merkeldən ABŞ-ı qəzəbləndirəcək bəyanat

Dünya | 10:10 • 16 May 2019
Merkeldən ABŞ-ı qəzəbləndirəcək bəyanat

Avropa İttifaqının yeni qaz təlimatına baxmayaraq, Avropa Komissiyası "Şimal axını-2” boru kəmərinin tikintisini dayandıra bilməyəcək.

"Handelsblatt” qəzeti xəbər verir ki, bu haqda Almani kansleri Angela Merkel bildirib.

"Layihə praktik olaraq tamamilə təsdiq edilib. Yeni qaz təlimatı Avropa Komissiyasına layihənin reallaşmasına etiraz üçün daha çox imkan verir, ancaq o layihəyə mane olmur”, - Merkel vurğulayıb.

Onun fikrincə, yeni qaz kəmərinin meydana çıxmasına baxmayaraq, qaz tranzitində Ukraynanın rolu qalmalıdır.

Qeyd edək ki, "Şimal axını-2” Rusiya sahillərindən Baltik dənizi vasitəsilə illik ötürücü gücü 55 milyard kubmetr olan iki qaz kəmərinin Almaniyaya qədər tikintisini nəzərdə tutur. Yeni boru kəmərinin bu ilin sonunda işə salınması planlaşdırılır.

ABŞ layihənin icrasına qarşı çıxır./publika.az

Xəbər lenti