Xəzər Xəbər

ABŞ bütün amerikalı dövlət qulluqçularını İraqdan çıxarır

Dünya | 14:08 • 15 May 2019
ABŞ bütün amerikalı dövlət qulluqçularını İraqdan çıxarır

ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə göstəriş verib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb. "Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün amerikalı dövlət işçilərinin, o cümlədən Bağdaddakı səfirlik və Ərbildəki konsulluq əməkdaşlarının İraqdan çıxarılması barədə göstəriş verib”, - diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda belə deyilir.


Səfirliyin məlumatına görə, viza xidmətlərinin göstərilməsi müvəqqəti olaraq dayandırılacaq.


Bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran tərəfindən hərbçilərə potensial təhlükənin artması səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini yüksəldib.

Xəbər lenti