Xəzər Xəbər

İranla müharibəyə 120 min hərbçi göndərilir? Trampdan AÇIQLAMA

Dünya | 11:02 • 15 May 2019
İranla müharibəyə 120 min hərbçi göndərilir?

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə 120 min hərbçinin göndərilməsi haqqında planın olduğuna dair iddianı təkzib edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, prezident informasiyanı yanlış adlandırıb.

"Feyk xəbərdir”, - Tramp jurnalistlərə bildirib.

Xatırladaq ki, daha əvvəl Amerika məmurlara istinadən "New York Times” qəzeti Pentaqonun İranın öz nüvə fəaliyyətini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırladığını yazıb. Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan məmurların sözlərinə görə, ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan mayın 9-daa ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçilərinin görüşündə planı təqdim edib. Yeni plan prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun təzyiqi altında hazırlanıb.

Qəzetin məlumatına görə, planda açıqlanan hərbi qulluqçuların sayı görüşdə olanlardan bir çoxunu şoka salıb, çünki 2003-cü ildə İraqa müdaxilədə təxminən bu qədər Amerika hərbçisi iştirak edirdi.

Yenilənmiş plan İrana qarşı quru əməliyyatını nəzərdə tutmur, bu halda olduqca çox hərbçi lazım olardı.

Qeyd edək ki, ABŞ daha əvvəl İran tərəfindən təhlükənin kəskin artdığını elan edərək regiona təyyarədaşıyan qruplaşmanı və strateji bombardmançıları göndərib./publika.az

Xəbər lenti

Çox oxunanlar