Xəzər Xəbər

Rusiyada dəhşətli cinsi xəstəliyin tüğyan etdiyi bölgələr... Şok xəbərdarlıq

Dünya | 09:28 • 15 May 2019
Rusiyada dəhşətli cinsi xəstəliyin tüğyan etdiyi bölgələr...

Uzaq Şərq Rusiyanın QİÇS-dən xilas olmuş ilk regionu ola bilər.

Bu sözləri Rusiya Səhiyyə Nazirliyinin İİV infeksiyası üzrə mütəxəssisi Yevgeni Voronin Xabarovskda açılmış İİV/QİÇS-ə son Ümumrusiya aksiyası çərçivəsində "QİÇS-siz Uzaq Şərq" beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, QİÇS əleyhinə fəaliyyətdə Rusiyanın Uzaq Şərq bölgəsi ölkə üzrə liderlik edir. Bura QİÇS-ə tutulmaq baxımından Rusiyanın digər əraziləri ilə müqayisədə ən yaxşı bölgə sayılır.

Ən acınacaqlı vəziyyətsə Sibir, Ural və Volqaboyundadır./Teleqraf.com

Xəbər lenti