Xəzər Xəbər

Türkiyədə fövqəladə vəziyyətin ləğv olunmasından sonra 1553 hərbçi işdən azad edilib

Dünya | 21:14 • 14 May 2019
Türkiyədə fövqəladə vəziyyətin ləğv olunmasından sonra 1553 hərbçi işdən azad edilib

Türkiyədə fövqəladə vəziyyətin ləğv olunmasından sonra milli müdafiə nazirinin göstərişi ilə Silahlı Qüvvələrin 1553 əməkdaşı işdən azad edilib. Bundan başqa, təqaüddə olan 151 hərbçinin rütbəsi geri alınıb.


Türkiyə Silahlı Qüvvələri terrorizmə qarşı mübarizəni davam etdirir. Ölkənin Milli Müdafiə Nazirliyinə bağlı bütün qurumların əməkdaşlarının FETO terror təşkilatı ilə əlaqəsi barədə geniş araşdırma aparılır. İndiyədək aparılan araşdırmalar nəticəsində Quru Qoşunlarında 879, Hərbi Dəniz Qüvvələrində 242, Hərbi Hava Qüvvələrində isə 432 nəfər işdən azad olunub.


Araşdırmalar davam etdirilir. (AZƏRTAC)

Xəbər lenti