Xəzər Xəbər

Hindistan şirkətləri Çindən gətirilən polada rüsum qoyulmasını istəyir

Dünya | 18:07 • 14 May 2019
Hindistan şirkətləri Çindən gətirilən polada rüsum qoyulmasını istəyir

Hindistanın polad istehsal edən kompaniyaları hökumətdən Çindən gətirilən poladəritmə məhsullarına 25 faizlik rüsum tətbiq olunmasını xahiş edib. Onlar Çindən ucuzlaşmış polad idxalının artmasından ehtiyatlanır.


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistan hökumətində və poladəritmə sənayesindəki mənbələr deyib. Yerli şirkətlər ABŞ sanksiyalarından sonra Çinin Hindistan bazarında polad məhsullarını artırmasından ehtiyat edir. Çin öz məhsullarını Vyetnam və Kamboca üzərindən də Hindistana göndərə bilər.


Ölkənin Poladəritmə Sənayesi Nazirliyi yerli kompaniyaların sorğusuna şərh verməkdən imtina edib.


Hindistan polad istehsalının həcminə görə dünyada ikinci yeri tutur. Hazırda ölkə netto-idxalçıdır. 2018-ci ildə xaricdən gətirilən poladın həcmi 2,1 milyon ton olub ki, bu da 2017-ci illə müqayisədə 15 faiz çoxdur. Bu, Hindistanın poladəritmə sənayesinin yüksək keyfiyyətli məhsulu istehsal edə bilməməsi, həmçinin Çin, Yaponiya və Cənubi Koreya ilə rəqabətə davam gətirməməsi ilə əlaqədardir.

Xəbər lenti