Xəzər Xəbər

Çavuşoğlu: Rusiyadan alacağımız S-400-ləri Azərbaycana vermək niyyətində deyilik

Dünya | 10:23 • 24 Aprel 2019
Çavuşoğlu: Rusiyadan alacağımız S-400-ləri Azərbaycana vermək niyyətində deyilik

Rəsmi Ankara Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Qatar və Azərbaycana vermək niyyətində deyil. 


Xezerxeber.az-ın "Sputnik-Türkiye”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, belə bir məsələ müzakirə olunmayıb: "Biz komplekslərin əldə edilməsi ilə bağlı Rusiya ilə razılaşam imzalamışıq və hazırda kompleksin tədarükünün gerçəkləşəcəyi vaxtla bağlı danışıqlar aparılır. Əgər Rusiya kompleksi Azərbaycana satmaq qərarına gələrsə, bu ölkə bunu vasitəçi olmadan birbaşa edəcək. Üstəlik bu ölkələr arasında çox yaxşı münasibətlər mövcuddur”.

Xəbər lenti