Xəzər Xəbər

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

Dünya | 16:47 • 20 Aprel 2019
3 alpinist İTKİN DÜŞDÜ:

Dünyanın yaşayan ən yaxşı alpinistləri sırasında göstərilən avstraliyalı Devid Lama, Henscörq Ayer və amerikalı Cess Roskelli itkin düşüb.

Alpinistlər Kanadanın Roki dağlarında yerləşən "Howse Peak” zirvəsinə dırmaşan zaman uçqun altında qalıblar.

"Sputnik”in xəbərinə görə, zirvənin yerləşdiyi Banff Milli Parkının nümayəndələri idmançıların sağ qalma ehtimalının olmadığını deyib.

Bölgədə aparılan araşdırma zamanı hər üç dağçının əşyaları tapılıb. Özlərinin isə uçqun altında qaldığı bildirilib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti