Xəzər Xəbər

Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Dünya | 17:12 • 18 Aprel 2019
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Rusiyanın Leninqrad vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Meşəlik ərazidə düşən təyyarənin axtarışları başlayıb.

Hazırda axtarış işlərində 22 nəfər və 6 ədəd texnika iştirak edir.

Hadisə ilə bağlı araşdırma aparılır, digər təfərrüatlar hələlik məlum deyil.

Xəbər lenti