Xəzər Xəbər

KXDR lideri Rusiyaya qatarla gedəcək

Dünya | 16:45 • 18 Aprel 2019
KXDR lideri Rusiyaya qatarla gedəcək

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Rusiya Prezidenti Vladimir Putin ilə görüş üçün Vladivostok şəhərinə qatarla gedəcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, görüş Pekində keçiriləcək beynəlxalq tədbirdə iştirak üçün Vladimir Putinin Çin paytaxtına səfərindən əvvəl baş tuta bilər. KXDR lideri ölkəsinin Rusiya ilə quru sərhədini keçməklə və ya Çin ərazisindən istifadə etməklə gedəcək. KXDR liderinin atası Kim Çen İr də 2011-ci ildə Rusiya Prezidenti Dmitri Medvedev ilə görüşə getmək üçün eyni marşrutdan istifadə etmişdi.


Qeyd edək ki, fevralda Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüş üçün Vyetnama da Çin ərazisindən keçməklə qatarla getmişdi.

Xəbər lenti