Xəzər Xəbər

Ərdoğandan SEÇKİ AÇIQLAMASI: məsələ bitmişdir

Dünya | 15:37 • 18 Aprel 2019
Ərdoğandan SEÇKİ AÇIQLAMASI:

Bir seçki marafonunu uğurla tamamladıq. Hüquqi dövlət olan Türkiyədə seçkilər demokratiya şənliyi ilə gerçəkləşdirilib. Bir sıra müzakirələr olub, ancaq bu vəziyyət demokratiyamızın uğurla işləməsini növbəti dəfə təsdiqləmək üçün əngəl deyil.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 mart bələdiyyə seçkiləri barədə danışarkən deyib.

"Bir məsələ çox vacibdir. Dünyada bizim kimi iştirak səviyyəsinə səhnə olan bir başqa ölkə yoxdur. 85 faizə çatan olduqca yüksək seçici fəallığı ilə keçirilən bu seçkilərin bütün millətimiz üçün xeyirli olmasını diləyirəm.

Bu gün ABŞ-da belə bu rəqəm 50 faizdən aşağıdır. Türkiyədə isə 85 faizə çatır. Demokratiyaya sahib çıxan bütün vətəndaşlarıma təşəkkür edirəm. Demokratiyamıza verilən bu güclü dəstək milli iradənin həyata keçirilməsi adına tarixi bir nailiyyətdir.

Seçki qanunumuz çərçivəsində edilən haqq axtarışı mübarizələri demokratiyanın bir imkanı, eyni zamanda gərəyidir. Buna görə də heç kim haqq axtarmaq yoluna gedildiyi üçün kimisə təhqir edə bilməz. Keçmişdən bu günə istənilən siyasi partiya haqq axtarışı mübarizəsi verib. Son nöqtə qoyulana qədər də məsələni diqqətdə saxlayıblar. Hadisə bizim partiyamızda olanda niyə narahat olursunuz? Biz də sonuna qədər bu mübarizəmizi aparacağıq. ASQ nöqtəni qoyduğu zaman bizim üçün də məsələ bitmişdir. Ondan sonra da yola davam. Siyasət millətin məsləhətini öz mənfəətindən üstün tutmağı tələb edir. Türkiyənin və vətəndaşlarımızın birlik və bərabərliyi istənilən siyasi hesabdan üstündür”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ali Seçki Qurumu ötən gün CHP-çi Əkrəm İmamoğluna İstanbul bələdiyyə başqanı olduğunu təsdiqləyən sənədi təqdim edib./axar.az

Xəbər lenti