Xəzər Xəbər

Trampdan BİR İLK: S-400 kompleksləri...

Dünya | 11:00 • 16 Aprel 2019
Trampdan BİR İLK:

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və G20 zirvələri üçün Vaşinqtonda səfərdə olan Türkiyənin maliyyə naziri Berat Albayrakla görüşüb.

Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Munç və prezidentin məsləhətçisi Cerard Kuşner də iştirak edib.

Toplantı barədə tvitter hesabından informasiya verən Albayrak "cənab prezidentə mesajlarımızı çatdırdıq. Onlardan pozitiv reaksiyalar aldıq. Lazımi mesajları Türkiyəyə geri qayındanda prezidentiimizə çatdıracağıq. Ərdoğanın ismarışlarını da Trampa çatdırdıq. S-400 tələbatı məsələsinə məqbul münasibət göstərdi” sözlərini yazıb.

Qeyd edək ki, bu toplantı Donald Trampın bir nazirlə baş-başa keçirdiyi ilk görüş olub./publika.az

Xəbər lenti