Xəzər Xəbər

Fələstin lideri Netanyahu ilə görüşmək üçün şərtini açıqladı

Dünya | 10:36 • 16 Aprel 2019
Fələstin lideri Netanyahu ilə görüşmək üçün şərtini açıqladı

Fələstin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün şərtini açıqlayıb.

"RİA-Novosti” agentliyi xəbər verir ki, Fələstinin Xarici İşlər Nazirliyinin başçısı Riyad əl-Malikinin sözlərinə görə, görüş Moskvada baş tutacağı halda, Mahmud Abbas hər hansı ilkin şərtlərsiz Netanyahu ilə görüşməyə hazırdır.

Fələstinin Xarici İşlər Nazirliyinin başçısı əlavə edib ki, hazırda belə görüşün keçirilməsi üzrə konkret təklif yoxdur.

"Biz yaxın gələcəkdə bunun üçün perspektivlər görmürük”, - fələstinli diplomat vurğulayıb./publika.az

Xəbər lenti