Xəzər Xəbər

Putin Afrika ölkəsinə hərbi qüvvə göndərdi

Dünya | 10:32 • 16 Aprel 2019
Putin Afrika ölkəsinə hərbi qüvvə göndərdi

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən BMT missiyasının tərkibinə hərbçilərin göndərilməsi haqqında sərəncam imzalayıb.

"İnterfaks” agentliyi xəbər verir ki, missiyanın tərkibinə 30 hərbi qulluqçu göndəriləcək.

Daha əvvəl ABŞ Silahlı qüvvələrinin Afrika komandanlığının başçısı Tomas Valdhauzer Mərkəzi Afrika Respublikasında Rusiyanın hərəkətləri, xüsusi halda "Vaqner” özəl hərbi şirkətin fəaliyyətindən narahatlığını bildirib. Amerikalı generalın sözlərinə görə, hərbi şirkət regionda yalnız yerli güclərin hazırlığı ilə məşğul deyil, həm də prezident də daxil olmaqla, hökumətin yüksək səviyyələrinə təsir edir.

Fevralda həmçinin bildirirdi ki, Mərkəzi Afrika Respublikasında "Vaqner”in 175 təlimatçısı işləyir və onlardan bəziləri prezidentin kabinetinə girişə malikdirlər.

Kremldə isə dəfələrlə bildiriblər ki, Rusiyada de-yure özəl hərbi şirkət yoxdur./Publika.az

Xəbər lenti

Çox oxunanlar