Xəzər Xəbər

Ərdoğan dəvət etmişdi Bu gün Türkiyəyə gedir

Dünya | 10:08 • 16 Aprel 2019
Ərdoğan dəvət etmişdi

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedəcək.

Görüşdə Türkiyə və Belarus arasındakı münasibətlər bütün detalları ilə nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Əlavə olaraq, regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq.

Müxtəlif razılaşmaların imzalanmasından sonra Türkiyə-Belarus İş Forumunun gerçəkləşdirilməsi də planlaşdırılır./publika.az

Xəbər lenti