Xəzər Xəbər

MDB Sərhəd Qoşunları komandanları Daşkənddə bir araya gələcəklər

Dünya | 16:27 • 26 Mart 2019
MDB Sərhəd Qoşunları komandanları Daşkənddə bir araya gələcəklər

Martın 28-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçiriləcək.


AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.


Görüşdə Mərkəzi Asiya regionunda MDB-nin xarici sərhədlərindəki vəziyyət, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlıq proqramının layihəsi müzakirə olunacaq. Həmçinin 2020-ci ildə Şuranın iş planının layihəsi, birgə xüsusi sərhəd əməliyyatlarının hazırlanması və keçirilməsi planı və digər məsələlər də diqqət mərkəzində olacaq.


İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilati və kadr məsələlərinə də baxılacaq.

Xəbər lenti