Xəzər Xəbər

Nursultan Nazarbayev istefa verdi

Dünya | 18:16 • 19 Mart 2019
Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dövlət başçısı postunu tərk edir.

XəzərXəbər Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev icra edəcək. O, çərşənbə günü səhər and içməlidir.

"Mən prezident kimi öz səlahiyyətlərimi dayandırmaq qərarına gəldim”, - deyə Nazarbayev xalqa müraciətində bildirib. Onun müraciəti respublika telekanallarının efirində yayımlanıb.

Bununla yanaşı, Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacağını bəyan edib.

Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.

Xəbər lenti