Xəzər Xəbər

Gürcüstan DTX Yeni Zelandiyada törədilmiş terror aktında istifadə olunan silahlarla bağlı araşdırma aparır

Dünya | 10:29 • 16 Mart 2019
Gürcüstan DTX Yeni Zelandiyada törədilmiş terror aktında istifadə olunan silahlarla bağlı araşdırma aparır

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Yeni Zelandiyada terror aktı zamanı saxlanılmış şəxslər və onlardan müsadirə edilmiş silahlar barədə ətraflı məlumat əldə etmək üçün strateji tərəfdaşlarla əməkdaşlıq edir.


Bu barədə Gürcüstan DTX-nın yaydığı xüsusi bəyanatda bildirilir.


Sənəddə qeyd olunub ki, xarici kütləvi informasiya vasitələrində Yeni Zelandiyada məscidlərə hücum zamanı istifadə olunmuş odlu silahların patron daraqlarının fotoşəkilləri yayılıb və onların üzərində müxtəlif dillərdə, həmçinin gürcü dilində də simvol və yazılar var.


DTX terror aktı ilə bağlı Yeni Zelandiya əhalisinə başsağlığı verib və bu hadisəni pisləyir.


Qeyd edək ki, Yeni Zelandiyanın cənubundakı Christchurch şəhərində 2 məscidə edilən hücum nəticədə 49 nəfər ölüb. Hücumla bağlı 4 nəfər saxlanılıb. İnternetdə yayılmış fotoşəkillərdə məscidə hücum edən şəxslərin istifadə etdikləri odlu silahın patron daraqlarında gürcü dilində David Aqmaşenebeli və David Soslaninin adları da əks olunub.

Xəbər lenti