Xəzər Xəbər

İsveçrənin Bazel şəhəri yaxınlığında qatar relsdən çıxıb

Dünya | 14:16 • 18 Fevral 2019
İsveçrənin Bazel şəhəri yaxınlığında qatar relsdən çıxıb

İsveçrənin Bazel şəhəri yaxınlığında sürət qatarı relsdən çıxıb. Qəza Almaniya ilə bu ölkə arasında qatarların hərəkətində fasiləyə səbəb olub.


AZƏRTAC İsveçrə Federal Dəmir Yollarına istinadla xəbər verir ki, içərisində 240 sərnişinin olduğu ICE 373 ekspressi Berlindən İsveçrənin İnterlaken şəhəri istiqamətində hərəkətdə olarkən Bazel mərkəzi vağzalı yaxınlığında ön vaqonlar naməlum səbəbdən relsdən çıxıb. Vağzala yaxınlaşdığına görə sürətini azaldan qatarda qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Bütün sərnişinlər yerli yanğınsöndürənlər tərəfindən təxliyə edilərək Bazel mərkəzi vağzalına gətiriliblər. İlkin məlumata görə, qatar xəttində hərəkət fevralın 19-da bərpa olunacaq.


Qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Xəbər lenti