Xəzər Xəbər

Cənubi Koreyanın 250 nəfərlik nümayəndə heyətinin KXDR-ə səfəri başlayıb

Dünya | 15:57 • 12 Fevral 2019
Cənubi Koreyanın 250 nəfərlik nümayəndə heyətinin KXDR-ə səfəri başlayıb

Cənubi Koreyanın vətəndaş cəmiyyətinin fəallarından ibarət geniş nümayəndə heyətinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri başlayıb.


Xezerxeber.az xəbər verir ki, səfərin məqsədi Şimali Koreyada şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan yeni il şənliklərində iştirak etməkdir. Təxminən 250 nəfərlik nümayəndə heyəti bir neçə avtobusla quru sərhədini keçərək Kımqan dağındakı kurorta yollanıb. Həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının, dini icmaların rəhbərlərindən, habelə jurnalistlərdən ibarət nümayəndə heyəti iki gün ərzində yeni il şənlikləri ilə yanaşı, KXDR-dən olan həmkarları ilə görüşərək birgə layihələri müzakirə edəcək, dini məbədlərə baş çəkəcəklər.


Bu, cari ildə ilk xalq diplomatiyası fəaliyyətidir. Ötən il bu çərçivədə qarşılıqlı bir neçə səfər həyata keçirilib.

Xəbər lenti