Xəzər Xəbər

Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb

Dünya | 09:53 • 12 Fevral 2019
Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb

Hindistanın paytaxtı Yeni Dehlidəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

34 nəfər xilas edilib, 3 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Bundan əvvəl 9 nəfərin həlak olduğu deyilirdi.

Polis ölənlərin əksəriyyətinin tüstüdən boğulduğunu bildirir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti