Xəzər Xəbər

Taksim tramvayı 105 yaşını qeyd edib

Dünya | 09:45 • 12 Fevral 2019
Taksim tramvayı 105 yaşını qeyd edib

İstanbulun rəmzlərindən birinə çevrilən Taksim tramvayı ötən gün 105 yaşını qeyd edib.


Xezerxeber.az xəbər verir ki, 1871-ci ildə İstanbulda Azadqapı-Beşiktaş xətti üzrə atlar vasitəsilə hərəkət edən ilk tramvay fəaliyyətə başlayıb. 1912-ci ildə Balkan savaşının başlaması ilə ölkədəki bütün atlar, o cümlədən tramvay xəttində istifadə edilən atlar da cəbhəyə göndərilib. Bu səbəbdən iki il ərzində İstanbulda tramvay sisteminin fəaliyyəti dayandırılıb. 1913-cü ildə "Silahtarağa” elektrik fabrikinin qurulması ilə Türkiyədə elektrikli tramvayların istehsalına başlanılıb. Bununla da ikiillik fasilədən sonra 1914-cü il fevralın 11-də İstanbulda yenidən tramvayların fəaliyyəti bərpa olunub.


İstanbulun məşhur İstiqlal prospektinin əvəzolunmaz rəmzinə çevrilən Taksim tramvayının fəaliyyəti bu müddətdə inkişaf edən texnologiya və şəhərin yenilənməsi işləri ilə əlaqədar iki dəfə - 1961-ci və 1966-cı illərdə dayandırılıb.


Hazırda İstanbulda tramvay xətti şəbəkəsinin uzunluğu 170 kilometrdir. Bundan başqa, 285 kilometr uzunluğunda tramvay xətti inşa olunur.

Xəbər lenti