Xəzər Xəbər

CAR-da iri təbii qaz yatağı aşkarlanıb

Dünya | 09:10 • 12 Fevral 2019
CAR-da iri təbii qaz yatağı aşkarlanıb

Cənubi Afrika Respublikasının sahil zonasında perspektivli neft və qaz yataqlarının birində nəhəng təbii qaz və qaz kondensatı ehtiyatları aşkar edilib.


"Brulpadda” qaz yatağını Fransanın "Total” neft şirkəti aşkarlayıb.


Şirkətin baş icraçı direktoru Patrik Puyanne deyib ki, yatağın təbii qaz və qaz kondensatı ehtiyatlarının həcmi 1 milyard barel neft səviyyəsindədir.


Cənubi Afrika Respublikasının mineral ehtiyatlar naziri Qvede Mantaşe bildirib ki, belə bir yatağın kəşfi sevindirici haldır və bu, ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.


Afrika Enerji Palatası da Cənubi Afrika Respublikasının sahil sularında iri qaz yatağının aşkarlanmasını alqışlayıb və bəyan edib ki, bu, neft və qaz idxalından asılı olan ölkə üçün çox vacib hadisədir. Qurumun bəyanatında deyilir ki, bu, Cənubi Afrika Respublikasının iqtisadiyyatını tamamilə dəyişə, qaz və qaz kondensatının idxalından asılılığı azalda bilər.


Təbii qaz yatağının işlənilməsinə lisenziyasi olan "Total” şirkəti və onun tərəfdaşları bu il dörd quyu qazmaq niyyətindədir. (AZƏRTAC)

Xəbər lenti