Xəzər Xəbər

Bolqarıstanda hər il 50 min nəfər öz ölkələrini tərk edir

Dünya | 09:14 • 12 Fevral 2019
Bolqarıstanda hər il 50 min nəfər öz ölkələrini tərk edir

Hər il 50 minədək bolqar öz vətənlərini tərk edərək digər ölkələrə üz tuturlar.


Bu barədə "Podkrepa” Əmək Konfederasiyasının sədri Konstantin Trençev təşkilatın 10-cu konqresində bildirib.


O deyib ki, Bolqarıstanda doğum sayı 1995-ci ildəki 175 mindən 2018-ci ildə 65 min nəfərə enib. Hər il 110 min nəfər Bolqarıstan vətəndaşı vəfat edir. BMT-nin məlumatına əsasən, Bolqarıstan əhalisi 7 milyon nəfərdən azdır. Ölkənin hər üçüncü vətəndaşı hesabların ödənilməsində çətinlik çəkir.


Avrostatın məlumatına əsasən 2070-ci ildə Bolqarıstanın əhalisi 4,9 milyon nəfərədək azalacaq. Bunun əsas səbəbləri kimi miqrasiya, yüksək ölüm və aşağı doğum səviyyəsi göstərilir.

Xəbər lenti