Xəzər Xəbər

Koreyalı taksi sürücüsü özünə od vurdu

Dünya | 16:09 • 11 Fevral 2019
Koreyalı taksi sürücüsü özünə od vurdu

Sürücü xəstəxanaya yerləşdirilib.

Koreya Respublikasının paytaxtında taksi sürücüsü mobil tətbiqetmələr vasitəsilə minik avtomobillərinin sərnişindaşıma xidmətləri göstərməsinə etiraz olaraq intihara cəhd edib.

Yonhap agentliyinə istinadla xəbər verir ki, 62 yaşlı Kim adlı sürücü ölkə parlamentinin binasının önündə idarə etdiyi taksinin içərisində özünü yandırmaq istəyib. Hüquq-mühafizə orqanları əməkdaşlarının səyi ilə yanğın qısa zamanda söndürülüb. Sürücü xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, bu, ənənəvi taksi sürücülərinin alternativ sərnişindaşıma xidmətləri göstərməyi planlaşdıran "Kakao” şirkətinə qarşı növbəti etirazıdır. Onlar "Kakao”nun sərnişindaşıma bazarında azad və vicdanlı rəqabət prinsiplərini ciddi şəkildə pozacağını düşünürlər. Bundan əvvəl Koreya Respublikasında bir neçə taksi sürücüsü intihara cəhd edib.

Qeyd edək ki, dünyanın bir çox şəhərlərində ənənəvi taksi şirkətləri qanunvericilikdəki boşluqlardan istifadə edən və taksi lisenziyası olmayan sürücüləri taksi xidmətinə cəlb edən alternativ sərnişin daşıma şirkətlərinin fəaliyyətini əngəlləmək üçün bütün mümkün qanuni vasitələrə əl atırlar. Gedişhaqqını öncədən razılaşdırılmış məbləğlə təklif edən alternativ sərnişindaşıma xidmətləri taksi şirkətlərinə böyük zərbə vurur. Qanunla tənzimlənmiş taksometr tarifləri ilə xidmət göstərən taksi şirkətləri gedişhaqqını sərbəst şəkildə müəyyən edən onlayn xidmətə qarşı rəqabət aparmaqda çətinlik çəkirlər.(AZƏRTAC)

Xəbər lenti