Çinin Şansi vilayətində kömür mədənində baş verən çökmə nəticəsində 20 şaxtaçı dağıntı altında qalıb.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla 18 radələrində Şenmu şəhəri yaxınlığındakı mədəndə baş verib. Hazırda hadisə yerində xilasedicilər işləyir.