Xəzər Xəbər

“Monako” klubu Sesk Fabreqası heyətinə qatıb

Dünya | 10:03 • 12 Yanvar 2019
“Monako” klubu Sesk Fabreqası heyətinə qatıb

Fransanın "Monako” futbol klubu yarımmüdafiəçi Sesk Fabreqası öz heyətinə qatıb.


Xezerxeber.az xəbər verir ki, 31 yaşlı ispan futbolçu İngiltərənin "Çelsi” klubundan transfer edilib. Fabreqas "Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.


Fabreqas peşəkar karyerasına İngiltərənin "Arsenal” klubunda başlayıb. O, 2011-ci ildə "Barselona”, 2014-cü ildə isə "Çelsi” klubuna transfer olunub.


Yarımmüdafiəçi İspaniya milli komandasının heyətində iki dəfə Avropa çempionu (2008, 2012) və bir dəfə dünya çempionu adını qazanıb.

Xəbər lenti

Çox oxunanlar