Xəzər Xəbər

Ötən ildə Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib

Dünya | 09:58 • 12 Yanvar 2019
Ötən ildə Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib

2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həyatını itirib. Hesabat ilində 3350 nəfər yol qəzalarının qurbanı olub.


Bu barədə mətbuata Ukraynanın Patrul Xidməti Departamentinin birinci müavini Aleksey Biloşpitskiy məlumat verib.


2018-ci ildə yol qəzalarında ölənlərin sayı 2017-ci illə müqayisədə 82 nəfər azdır. 150120 yol qəzası baş verib ki, nəticədə 30884 nəfər xəsarət alıb. Yol qəzasında xəsarət alanların sayı 2017-ci illə müqayisədə 2926 nəfər azdır. (AZƏRTAC)

Xəbər lenti