Xəzər Xəbər

Çinin kosmik gəmisinin göndərdiyi yeni fotolar yayılıb

Dünya | 19:14 • 11 Yanvar 2019
Çinin kosmik gəmisinin göndərdiyi yeni fotolar yayılıb

Ayın səthində olan Çinin "Chang'e-4” kosmik gəmisinin göndərdiyi yeni fotolar və videomaterial Çin Dövlət Televiziyası və Sinxua agentliyi tərəfindən yayılıb.


AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yanvarın 11-də yayılan fotoşəkillərdə "Jadde Rabitt 2” robotunun və kosmik gəminin Ayın qaranlıq tərəfinin səthini işıqlandırması fonunda hərəkətləri əks olunub. Efirdə çıxış edən Çin Milli Kosmos Administrasiyasının rəhbərliyi bu şəkilləri böyük uğur kimi qiymətləndirib.


Fotoşəkillərdə Ayın kraterlərinin müxtəlif prizmalardan kadrları ilə yanaşı, "Chang'e-4” kosmik gəmisinin Yerin süni peykinə enməsini göstərən 12 dəqiqəlik videomaterial da təqdim olunub. Kosmik gəmi ötən il dekabrın 8-də Çinin Sıçuan vilayətindəki "Xichang Satellite Launch Center"dən fəzaya buraxılıb və bu il yanvarın 3-də Ayın qaranlıq tərəfində onun səthinə enib.

Xəbər lenti