Xəzər Xəbər

Ermənistanda da "donuz qripi"ndən ölüm halı qeydə alındı

Dünya | 17:10 • 11 Yanvar 2019
Ermənistanda da "donuz qripi"ndən ölüm halı qeydə alındı

Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Artavazd Vanyan deyib.

O bildirib ki, ölən qadında müxtəlif xroniki xəstəliklər də aşkarlanıb. Bundan əvvəl qripdən bir uşağın ölməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, direktor laborator analizlər nəticəsində hər hansı virus infeksiyasının aşkar edilmədiyini vurğulayıb.

A.Vanyan qeyd edib ki, hazırda stastionar müəssisələrdə 693 nəfər qripdən müalicə alır, onlardan bəzilərinin vəziyyəti ağırdır: "Qriplə əlaqədar olaraq uşaq xəstəxanaları gücləndirilmiş rejimdə çalışır".

O əlavə edib ki, Ermənistanda əsasən A tipli, yəni H1N1 qripi yayılıb: "Poliklinikalara 1251 nəfər müraciət edib".

Xəbər lenti