Xəzər Xəbər

Malayziyanın yeni Kralı yanvarın 24-də seçiləcək

Dünya | 15:19 • 7 Yanvar 2019
Malayziyanın yeni Kralı yanvarın 24-də seçiləcək

Malayziyanın yeni Kralı və onun müavini hökmdarlar şurasının yanvarın 24-də baş tutacaq iclasında seçiləcək.


Bu barədə Bernama agentliyi məlumat yayıb. Məlumata əsasən, hökmdarlar möhürünün qoruyucusu Tan Şri Sed danial Əhməd şuranın yanvarın 7-də keçirilən iclasından sonra bunu bəyan edib. Bu ərəfədə dövlət başçısının vəzifələrinin Kralın müavini Nəzrin Muizuddin Şah tərəfindən icra ediləcəyi bildirilib.


Malayziya Konstitusiyasına əsasən, Kral doqquz ştatın sultanlarının daxil olduğu hökmdarlar şurası tərəfindən seçilir. Bu dəfə onlar V Məhəmmədin istefasından sonra dörd həftə ərzində növbədənkənar seçki keçirməli olacaqlar. Malayziya monarxı 5 il müddətinə seçilir.


Xatırladaq ki, yanvarın 6-da Malayziya Kralı V Məhəmməd taxt-tacdan imtina edib. Yerli KİV-lərin verdiyi məlumata görə, V Məhəmməd doğma Kelantan ştatına qayıtmaq niyyətindədir. Onun istefasının səbəbləri açıqlanmır. (AZƏRTAC)

Xəbər lenti