Xəzər Xəbər

Sarkisyanın qardaşı oğlunu hakimiyyətə “vor zakon” satıb

Dünya | 17:32 • 13 Dekabr 2018
Sarkisyanın qardaşı oğlunu hakimiyyətə “vor zakon” satıb

Bu ilin iyul ayında axtarışa verilmiş və dekabrın 7-də Praqada saxlanılmış Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı hüquq-mühafizə orqanlarına kriminal avtoritet Andranik Soqoyan (Zap) satıb.


Virtualaz.org xəbər verir ki. yerli "Jamanak” nəşri bununla bağlı yazır: "Ermənistanın yeni hakimiyyəti kriminal avtoritetlərlə sıx əməkdaşlıq etməyə başlayıb. Polisin yaydığı rəsmi məlumatda Narek Sarkisyanın polisin müxtəlif bölmələrinin, İnterpolun milli bürosunun və bir sıra ölkələrin hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində tutulması bildirilir, bizdə olan məlumatlara görə, Narek Sarkisyanın yerini kriminal avtoritet Andranik Soqoyan xəbər verib”.


Xatırladaq ki, saxlanıldığı vaxt Narek Sarkisyanın üstündə Qvatemala vətəndaşı Franklin Qonsalesin adına verilmiş pasport aşkar olunub.

Xəbər lenti