Xəzər Xəbər

Tramp Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək

Dünya | 09:57 • 7 Dekabr 2018
Tramp Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin nümayəndəsi Hizer Nauerti Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd seçib.


Bu barədə "Bloomberg" məsələdən xəbərdar 3 mənbəyə istinadən məlumat yayıb.


Məlumata görə, noyabrın əvvəllərində Donald Tramp bildirib ki, Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini nəzərdən keçirir.


Qeyd edək ki, bu vəzifəni icra edən Nikki Heyli daha əvvəl istefa verdiyini bildirib. Oktyabrda ABŞ lideri Nikki Heylinin ilin sonunda Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsindən istefasını təsdiqləyib.


Onu da qeyd edək ki, ABŞ prezidentinin daimi nümayəndəni təyin etməsindən sonra onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.

Xəbər lenti